ABŞ prezidenti Co Bayden ABŞ Müdafiə Nazirliyinə Ukraynaya əlavə Patriot batareyası və raketlər ötürməyi tapşırıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirmək üçün mən Müdafiə Nazirliyinə Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə batareyası və bu sistemlər üçün əlavə raketləri təmir etməyi və təchiz etməyi tapşırmışam”, – deyə Bayden bildirib.