ABŞ prezidenti Co Bayden Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə telefonda Ukraynaya yardım və Rusiyaya qarşı tədbirləri müzakirə edib. Bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.
Onlar, sənədə görə, münaqişə ilə bağlı “Ukraynaya dəstək və Rusiyanı məsuliyyətə cəlb etmək səylərini müzakirə ediblər”.
Bayden fon der Leyeni yenidən seçilməsi münasibətilə təbrik edib. Onlar “güclü ABŞ-Aİ münasibətlərinə və dünyanın ən böyük problemlərini həll etmək üçün birgə işləməyə sadiq olduqlarını bir daha təsdiqlədilər”.