ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərərək, Vaşinqton və İrəvanın təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcəyinə əminliyini bildirib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Birləşmiş Ştatlar son zorakılıq nəticəsində yaranan humanitar ehtiyacları həll etmək üçün hökumətinizlə işləməyə sadiqdir. Xanım [USAID Administratoru Samanta] Pauer bunu sizinlə ətraflı müzakirə edəcək. Biz həmçinin enerjinin şaxələndirilməsi, davamlılıq üzrə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik. Bunu bu yaxınlarda keçirdiyimiz hərbi təlimlər sübut edir”, – deyə o bildirib. (Tass)