ABŞ prezidenti Co Bayden yanvarın 6-da Yeni il ərəfəsində azı 14 nəfərin ölümü ilə nəticələnən terror aktının baş verdiyi Yeni Orleana (Luiziana) səfər edəcək.
Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddən belə çıxır ki, vəzifəsini tərk edən administrasiyanın rəhbəri və ABŞ-ın birinci xanımı Cil Bayden terror aktı zamanı həlak olanların ailələri, habelə yerli hakimiyyət nümayəndələri ilə görüşmək niyyətindədir. Cümə axşamı Bayden Yeni Orleansa səfər etməyə çalışacağını söyləyib. (Tass)