ABŞ prezidenti Co Baydenin Cənubi Karolina ştatının Çarlston şəhərində çıxışı Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını tələb edən fəallar tərəfindən kəsilib. Yayım aparıcı telekanallar tərəfindən həyata keçirilib.
Nümayişçilərdən biri qışqırıb ki, Bayden Fələstindəki döyüşlərə son qoymalıdır. Daha sonra fəallar “Atəşi indi dayandırın” şüarları səsləndirməyə başladılar. Bir neçə dəqiqə ərzində onları zaldan çıxarıblar. Bayden tərəfdarları da “Daha dörd il” qışqırıblar. Bayden daha əvvəl demişdi ki, yenidən prezident seçilmək niyyətindədir.
“Mən onların ehtiraslarını başa düşürəm. Və mən İsrail hökuməti ilə sakitcə işləmişəm ki, [öz varlığını] azaltsın və Qəzzadan böyük ölçüdə geri çəkilsin”, – Bayden fəalların çağırışlarını şərh edib. O, bu məsləhətləşmələrdə “bacardığı hər şeydən istifadə etdiyinə” əmin edib. (Tass)