İyun 20, 2025-17:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bayram günlərində Şahdağ Turizm Mərkəzinə gələn turistlərin sayı açıqlanıb

2024:03:27 - 13:07
in İQTİSADİYYAT
A A

Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi bayram günlərində 5 mindən çox turist qəbul edib. Bu, martın 19-dan 26-dək qeydə alınan göstəricidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi olsa da, qonaqların əksəriyyəti yerli turistlərdir.

Turizm mərkəzinin mətbuat katibi Orxan Bədəlov bildirib ki, xarici qonaqlar arasında daha çox Yaxın Şərq ölkələri, Rusiya və Cənubi Asiya ölkələrinin vətəndaşları yer alıb.

Tətil günlərində kompleksin tabeliyində olan hotellərin xidmətlərindən, ümumilikdə, 2000-dən çox şəxs istifadə edib.

Mərkəzin qonaqları xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, uşaqlar üçün kirşələr, buz meydançası kimi 20-dən çox qış əyləncəsindən yararlanıblar.

Bayram günlərində Şahdağ Turizm Mərkəzini ziyarət edən turistlərin əksəriyyəti xizək yollarından və kanatlardan istifadə edib. Bununla yanaşı, bayram şənlikləri, musiqi ziyafəti mərkəzdə dincələn turistlərin zövqünü oxşayıb.

Şahdağ Turizm Mərkəzi ərazisində yüksək səviyyəli 5 hotel fəaliyyət göstərir. Hotellər təkcə qonaqlama xidməti ilə deyil, eyni zamanda, 20-ə yaxın iaşə obyekti (restoran, kafe və bar), sağlamlıq və fitnes mərkəzi, SPA xidməti, xizəklərin icarəsi və satışı məntəqəsi, uşaq bağçası, konfrans zalı və s. kimi xidmətlərlə də turistlərin ixtiyarındadır.

Əvvəlki Yazı

Deputat Rüfət Quliyev: Avtomobillərin parklanma tariflərinin artırılmasını müsbət qarşılamaq lazımdır

Növbəti Yazı

Seyşel adalarının prezidenti Moskva vilayətində baş vermiş terror aktı ilə bağlı Putinə başsağlığı verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.