Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İbtidai Məhkəmə Palatası Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyənin vəfatı ilə bağlı işinə xitam vermək qərarına gəlib. Bu barədə məhkəmənin saytında dərc olunan sənəddə deyilir.
Bundan əvvəl BCM prokuroru Kərim Xan Haniyyənin ölümü ilə əlaqədar palataya göndərilən həbs qərarı ilə bağlı sorğunu geri götürmək qərarına gəlib. Bu əsasda palata işə baxılmasının dayandırılması barədə qərar qəbul edib. (Tass)