Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İbtidai Palatası Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib. Bu barədə qurumun saytında məlumat verilib.
“2024-cü il iyunun 24-də Beynəlxalq Cinayət Məhkəməsinin İkinci Məhkəməyə qədərki Palatası iki şəxs – Sergey Kujugetoviç Şoyqu və Valeri Vasilyeviç Gerasimov haqqında Ukraynadakı vəziyyət kontekstində törədilmiş beynəlxalq cinayətlərə görə həbs qərarı çıxarıb. Ən azı 10 oktyabr 2022-ci il tarixindən ən azı 9 mart 2023-cü il tarixinədək olan müddət ərzində”, – mətndə deyilir. (Tass)