Avqust 11, 2025-16:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU – 105: Zəngin ənənələri olan Tarix fakültəsi     

2024:08:23 - 14:15
in SOSİAL
A A
2024-cü ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) 105 yaşı tamam olur. Bu illərdə BDU Azərbaycanın ictimai-siyasi, mədəni həyatında ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb və digər sahələrin inkişafına güclü təsir göstərib.1919-cu ilin sentyabrında təsis edilən və noyabrın 15-də fəaliyyətə başlayan Tarix fakültəsi BDU-nun yaşıdıdır. 1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar altında (İctimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirib və 1934-cü ildə müstəqil fakültəyə çevrilib. Fakültə təsis olunarkən 509 tələbə, 95 azad dinləyici ilə fəaliyyətə başlayıb.Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, bu gün Tarix fakültəsində bakalavriatura üzrə əyani 1889, qiyabi 73, magistratura üzrə 157, doktorantura üzrə isə 60 nəfər təhsil alır. Beləliklə, fakültədə təhsil alanların sayı 2219 nəfərdir.Tarix fakültəsi Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatı, dövlət quruculuğu, dövlət idarəetmə strukturları, elm və təhsil sistemi üçün yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr verir. Təhsil standartları proqramına uyğun olaraq tarix və müvafiq elmlərin tədrisini uğurla həyata keçirən fakültə Azərbaycanın elm və təhsil tarixində, ixtisaslı kadr potensialının zənginləşməsində, milli-mənəvi şüurun formalaşmasında, ölkəmizin çoxminillik, zəngin tarixi və mədəni irsinin, əsrlərlə formalaşmış milli dəyərlərimizin tədqiqində, araşdırılmasında əhəmiyyətli rol oynayır. Fakültə hazırkı dövrün tələblərinə uyğun olaraq tədrisin təşkili və təlim prosesinin idarəçiliyində innovativ yanaşmalara, müasir və qabaqcıl təcrübələrin tətbiqinə xüsusi önəm verir.1919-1920-ci illərdə Tarix fakültəsində 13 professor, 5 dosent, 6 müəllim fəaliyyət göstərirdisə, bu gün fakültədə 20 professor, 49 dosent, 10 baş müəllim, 5 müəllim çalışır. Tarix fakültəsində iki elmi tədqiqat laboratoriyası və bir elmi mərkəz var.Tarix fakültəsi şərəfli inkişaf yolu keçib və bu illərdə tarix elminin, milli ideologiyanın, milli mənlik şüurunun formalaşmasında və inkişafında müstəsna rol oynayıb, milli mədəniyyətimizin inkişafına, milli-mənəvi ənənələrimizin qorunub saxlanmasına, milli vətənpərvərlik ruhunun yüksəldilməsinə güclü təkan verib, tarixçi kadrlar hazırlayan elmi mərkəzə çevrilib.Azərbaycanın minlərlə görkəmli dövlət və siyasi-ictimai xadimi Tarix fakültəsinin yetirmələridir. Dünyaşöhrətli dahi şəxsiyyət, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev də BDU-nun Tarix fakültəsinin məzunudur. Ümummilli Lider Heydər Əliyev BDU-nu “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb.2008-ci il sentyabrın 15-də Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin Tarix fakültəsinin də yerləşdiyi yeni tədris korpusunun açılışında iştirak edib. Azərbaycan xalqının Ümummilli Lideri, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyevə həsr edilmiş stendlə, fakültənin kafedraları, auditoriyaları, akt zalı ilə tanış olması dövlətimizin başçısının universitetə və onun yaşıdı olan Tarix fakültəsinə xüsusi önəm verməsinin və qayğısının bariz nümunəsidir.Fakültə fəaliyyət göstərdiyi ilk illərdə burada dünyaşöhrətli alimlər, akademiklər Vasili Bartold, Nikolay Marr, Aqafangel Krımski, Əziz Qubaydullin, Bəkir Çobanzadə, İshaq Cəfərzadə və başqaları dərs deyiblər.1919-cu ildən başlayaraq ötən əsrin 40-cı illərinin sonlarınadək Tarix fakültəsinə Nikolay Dubrovski (fakültənin ilk dekanı), Leonid İşkov, Aleksandr Baqri, Tağı Şahbazi, Pyotr Fridolin, Boris Tixomirov kimi görkəmli alimlər rəhbərlik edib.Sonrakı illərdə fakültəyə Zülfəli İbrahimov (1948-1949), Məmməd Şıxlı (1949-1950), Əliövsət Quliyev (1950-1952), Qəzənfər Mehdiyev (1953-1957), Məmməd Əfəndiyev (1957-1960), Məlik Orucov (1960-1964), Səidə İmanzadə, Xəlil Əlimirzəyev (1964-1966), Zakir Abdullayev (1967-1970), Məmməd Qazıyev (1970-1977), Mahal Məmmədov (1977-1980), Miryusif Mirhadıyev (1980-1986), Yaqub Mahmudov (1986-1990; 1994-2005), Eldar İsmayılov (1991-1994), Sani Hacıyev (2005-2011), Azad Rzayev (2012-2019) rəhbərlik edib. 2019-cu ildən fakültənin dekanı professor İbrahim Zeynalovdur.Tarix fakültəsində ilk əhəmiyyətli struktur dəyişikliyi 1941-ci ildə Azərbaycan tarixi kafedrasının yaradılması olub.XX əsrin 70-80-ci illərində Tarix fakültəsinin inkişafında yeni mərhələ başlanıb: yeni kafedralar, elmi-tədqiqat laboratoriyaları yaradılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni dövrün tələbinə uyğun olaraq Tarix fakültəsinin həyatında, onun strukturunda ciddi dəyişikliklər baş verib, islahatlar aparılıb. Əvvəlki kafedraların bazasında yeni kafedralar təşkil olunub.Hazırda bakalavriat səviyyəsində fakültədə tarix, tarix müəllimliyi, regionşünaslıq (Qafqaz üzrə), regionşünaslıq (Amerika üzrə) ixtisas və istiqamətləri, qiyabi təhsil sahəsində tarix və əlavə təhsil üzrə tədris həyata keçirilir. Magistratura üzrə 26 ixtisaslaşmada tədris aparılır.Doktorantura və dissertantura səviyyəsində isə 8 ixtisas üzrə tədqiqatlar aparılır: “Vətən tarixi”, “Ümumi tarix”, “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları”, “Ölkələr tarixi”, “Tarixi coğrafiya”, “Mədəni antropologiya”, “Beynəlxalq münasibətlər”, “Etnoqrafiya və etnologiya”. Fakültədə “Vətən tarixi” və “Ümumi tarix” ixtisasları üzrə Dissertasiya Şurası da fəaliyyət göstərir.Son illərdə tədris olunan ixtisaslar üzrə dərslik, dərs vəsaiti, proqramların hazırlanması və nəşri işində böyük irəliləyişlər var. Xarici nüfuzlu jurnallarda, o cümlədən “Scopus” məlumat bazasında indekslənmiş jurnallarda tarixçi alimlərin elmi əsərləri çap olunur.Fakültədə müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya inteqrasiya sisteminə qovuşması ilə bağlı Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyəti, həmçinin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, ərazi bütövlüyümüzün təmin edilməsi, böyük Zəfərin qazanılmasında tarixi rolunun dərindən araşdırılması və tədris olunması mühüm bir vəzifə kimi həyata keçirilir.Hazırda Tarix fakültəsində 10 kafedra – Azərbaycan tarixi (humanitar fakültələr üzrə), Azərbaycan tarixi (təbiət fakültələri üzrə), Arxeologiya və etnoqrafiya, Asiya və Afrika ölkələri tarixi, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, Qədim dünya və orta əsrlər tarixi, Mənbəşünaslıq, tarixşünaslıq və metodika, Slavyan ölkələri tarixi, Türk xalqları tarixi, Qafqaz xalqları tarixi kafedraları fəaliyyət göstərir.Fakültədə Arxeologiya və etnoqrafiya kafedrasının nəzdində “Azərbaycanın maddi mədəniyyət tarixi” və Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi-tədqiqat laboratoriyaları və Tarix, Dil və Metodika Mərkəzi fəaliyyət göstərir.Son vaxtlar təhsilimizin müasir tələblərə uyğun, hərtərəfli inkişafı üçün geniş islahatlar proqramı həyata keçirilməyə başlanıb. Tarix fakültəsinin müvafiq kafedralarında qabaqcıl dünya təcrübəsinə əsaslanan bu proqramın ən mühüm tərkib hissələrindən biri də xalqımızın tarixi keçmişini, maddi və mənəvi mədəniyyətini hərtərəfli və dərindən araşdırmaqdan ibarətdir.Müasir Azərbaycan tarixinin yenidən, obyektiv, subyektivizmə yol vermədən yazılması, araşdırılması Vətən tarixçilərinin qarşısında duran başlıca vəzifədir.Fakültədə arxeologiyanın tədrisinin, araşdırılmasının müasir tələblərə uyğun təşkili, bu sahədə ixtisaslaşması, kadrların yetişdirilməsi də mühüm məqsədlərdəndir. Bu sahədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Türkiyə, Qazaxıstan, Özbəkistan universitetlərinin Arxeologiya və antropologiya kafedraları ilə əlaqələr yaradılır.Magistratura səviyyəsində Türk dünyası tarixi, ölkəşünaslıq (Özbəkistan üzrə), ölkəşünaslıq (Qazaxıstan üzrə) ixtisaslarında Qırğızıstan Respublikasının Y. Balasaqunlu adına Milli Universiteti və Qırğız Türk Manas Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi üçün tədris proqramlarının uyğunlaşdırılması haqqında danışıqların davam etdirilməsi nəzərdə tutulur.Perspektivdə Bakı Dövlət Universiteti və Ural Federal Universitetinin Tarix fakültələrinin birgə təşkilatçılığı ilə elmi seminarların, konfransların keçirilməsi, tələbə və müəllimlər arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.Həmçinin türkdilli ölkələrin universitetlərinin müvafiq fakültələri ilə birgə “Türk dünyası: ortaq tarixi mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II beynəlxalq elmi konfransın, elmi seminarların keçirilməsi, tələbələr, magistrantlar və müəllimlər arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.Fakültədə ikili diplom proqramının həyata keçirilməsi istiqamətində başlamış işləri sürətləndirmək və başa çatdırmaq, həmçinin arxeologiya ixtisası üzrə bakalavriat səviyyəsində tələbə qəbuluna nail olmaq üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq planlaşdırılır.Bakı Dövlət Universitetinin 105 illik yubileyi ərəfəsində Tarix fakültəsində müstəqil Azərbaycanımız üçün kamil mütəxəssislər hazırlanması və tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqat və araşdırmaların daha ciddi, uğurlu elmi nəticələrə və yeniliklərə gətirib çıxarması istiqamətində məqsədyönlü işlər aparılır. Bu işlər çərçivəsində tələbələrin fərdi və kollektiv bilik və bacarıqlarının inkişaf etdirilməsinə təsir edən üsullardan istifadəyə geniş diqqət ayrılır, onların elmi tədqiqat işinə maraqlarını artırmaq üçün tədbirlər həyata keçirilir.
Əvvəlki Yazı

Media: ABŞ Çinlə münaqişə olacağı təqdirdə Sakit okeanda bazalar yaratmağa hazırlaşır

Növbəti Yazı

Nigeriyada səlahiyyətlilər prezident üçün yeni təyyarə aldıqları üçün tənqid edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.