May 16, 2025-6:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

2025:05:01 - 13:58
in SOSİAL
A A

Bakı Dövlət Universiteti (BDU) qlobal miqyasda dayanıqlı inkişaf və ali təhsil müəssisələrinin ekoloji məsuliyyətinin artırılması istiqamətində atdığı addımlara daha birini əlavə edərək, Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinin (International Sustainable Campus Network – ISCN) rəsmi üzvü olub. BDU bu nüfuzlu quruma üzv olan ilk Azərbaycan ali təhsil müəssisəsidir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

ISCN – ali təhsil müəssisələrinin dayanıqlılıq sahəsində təcrübə və təşəbbüslərini bölüşmək üçün yaradılmış nüfuzlu beynəlxalq platformadır. Şəbəkə dünyanın aparıcı universitetlərini bir araya gətirərək, onların ətraf mühitin qorunması, sosial məsuliyyətin təşviqi və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verməsi istiqamətində əməkdaşlığı gücləndirir. Şəbəkə, eyni zamanda, beynəlxalq səviyyədə tanınan nüfuzlu reytinq agentliklərindən biri olan QS tərəfindən də strateji tərəfdaş kimi tanınır və dəstəklənir.

BDU-nun bu nüfuzlu şəbəkəyə qoşulması universitetin son illər ərzində həyata keçirdiyi dayanıqlılıq strategiyasının və ekoloji təşəbbüslərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu addım, həmçinin BDU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni genişləndirir və Universitetin yaşıl kampus modelinə keçid istiqamətində apardığı işlərin əhatə dairəsini artırır. Üzvlük çərçivəsində BDU dayanıqlı inkişaf sahəsində layihələr həyata keçirəcək, beynəlxalq tədbirlərdə iştirak edəcək və elmi əməkdaşlıq imkanlarını genişləndirəcək.

Əvvəlki Yazı

Fizika İnstitutu və Pakistanın NED Mühəndislik və Texnologiya Universiteti arasında memorandum imzalanıb

Növbəti Yazı

Azərbaycan Memarlıq və İnşaat Universitetində karyera sərgisi keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.