İyun 17, 2025-8:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da ali məktəblər üçün “Ekoloji kartoqrafiya” dərs vəsaiti çap edilib

2024:11:20 - 17:30
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ali məktəblər üçün “Ekoloji kartoqrafiya” dərs vəsaiti çap edilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Geodeziya və kartoqrafiya kafedrasının müdiri dosent Əfqan Talıbov və həmin kafedranın müəllimi İrina Verpatovanın həmmüəllifliyi ilə hazırlanmış dərs vəsaiti fakültədə, eləcə də digər ali təhsil müəssisələrində “Ekoloji kartoqrafiya” fənninin tədris olunduğu müvafiq ixtisaslarda tədris keyfiyyətinin yüksəldilməsi, eləcə də təhsilalanların tədris dilində müvafiq proqram üzrə hazırlanmış vəsaitlə təmin olunması məqsədini daşıyır.

Kitab ümumilikdə beş fəsildən və fənnin proqramına uyğun formalaşdırılmış otuz mövzudan ibarətdir. Dərs vəsaitində ekoloji kartoqrafiyanın mahiyyəti, ekoloji şəraitin tədqiqi metodları, ekoloji xəritələrin riyazi və coğrafi əsası, onların tərtibində aerokosmik materiallardan istifadə kimi mühüm mövzular ətraflı təsvir olunub, əlavə və dəstəkləyici şəkil, cədvəl və digər materiallarla yanaşı, mövzular üzrə əldə olunmuş nəzəri biliklərin yoxlanılması üçün suallar və praktiki tapşırıqlar verilib. Bununla yanaşı, kitabda ekoloji kartoqrafiyada istifadə olunan 300-dən çox terminin izahı lüğət şəklində təqdim olunub.

“Ekoloji kartoqrafiya” dərs vəsaitinin elmi redaktoru Coğrafiya fakültəsinin dekanı professor Məqsəd Qocamanov, rəyçiləri isə dosentlər Ramiz Əhlimanov və Şamil Əzizovdur.

Qeyd edək ki, “Ekoloji kartoqrafiya” bu məzmunda Azərbaycan dilində nəşr olunmuş ilk dərs vəsaitidir.

Əvvəlki Yazı

Emin Əmrullayev: Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik

Növbəti Yazı

Azərbaycan və İran əlaqələrinin mövcud vəziyyəti müzakirə edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.