İyun 26, 2025-2:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

2025:01:14 - 15:30
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş direktoru Fərhad Quliyev, Yaponiyanın Sapporo Tibb Universitetinin Tibb Elmləri Məktəbinin professoru Hirofumi Matsumura, Türkiyənin Hacettepe Universitetinin Antropologiya bölümünün rəhbəri Yılmaz Selim Erdalla görüşüb.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Görüşdə BDU ilə birgə müştərək laboratoriyanın, müvafiq struktur bölmənin yaradılması, onların arxeologiya sahəsi üzrə geniş tədqiqatlara imkan verən maddi-texniki cihaz və avadanlıqlarla təmin edilməsi, tələbələrin çöl ekspedisiyalarının genişləndirilməsi, Qarabağda arxeoloji tədqiqatlarda birgə iştirak kimi məsələlər müzakirə olunub.

Görüşdə qeyd olunub ki, BDU-da arxeoloji qazıntılardan əldə edilən sümük nümunələrinin genetik DNT analizi istiqamətində işlərə başlanılması planlaşdırılır. Bu təşəbbüs qədim insanların genetik irsinin, miqrasiyalarının və həyat tərzinin öyrənilməsi ilə yanaşı, Azərbaycanın zəngin tarixi və mədəni irsinin daha dərindən araşdırılmasına töhfə verəcək.

BDU-da qurulacaq müasir laboratoriya və mövcud elmi potensial bu sahədə beynəlxalq standartlara uyğun tədqiqatların aparılmasına imkan yaradacaq. Xüsusi metodologiyalar əsasında sümük və diş nümunələrindən DNT çıxarılması, mitoxondrial DNT və tam genom analizləri həyata keçiriləcək. Bu tədqiqatlar qədim miqrasiyalar, genetik xəstəliklər və mədəni əlaqələr barədə yeni elmi məlumatlar əldə etməyə şərait yaradacaq. BDU bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməyi və tədqiqat nəticələrini qlobal elmi ictimaiyyətlə paylaşmağı hədəfləyir.

Əvvəlki Yazı

Lavrov: Moskva və Bakı təyyarə qəzası ilə bağlı məsələləri həll edə bilər

Növbəti Yazı

Azərbaycanda ilk dəfə Qadın Liderləri Zirvəsi keçiriləcək!

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.