İyun 15, 2025-0:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da “Çin mədəniyyəti günü”

2024:10:31 - 16:44
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən “Çin mədəniyyəti günü” keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir Konfutsi İnstitutunun dünya üzrə fəaliyyətə başlamasının 20 illik yubileyinə həsr olunub.

Tədbirdə çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan bildirib ki, BDU-da 2004-cü ildən Çin üzrə regionşünaslıq ixtisası açılıb. 2011-ci ildən isə Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. İnstitutda Çin dili və mədəniyyətinin öyrənilməsi, təbliği sahəsində mühüm işlər görülür. Çin dili üzrə beynəlxalq yarış təşkil olunur. Yarışın qalibi Çində ölkəmizi təmsil edir. 2022-ci ildən isə Şərqşünaslıq fakültəsində Çin filologiyası ixtisası açılıb.

Çinin ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edildiyini deyən dekan xatırladıb ki, ötən il dekabrın 8-də BDU, Çin Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında “Beynəlxalq Çin dili təhsili” birgə bakalavr proqramı üzrə üçtərəfli müqavilə imzalanıb.

BDU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Vanq Haoqianq isə bildirib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi Çin dilinin əsaslarının keyfiyyətli tədrisi, təhsil sahəsində Azərbaycan və Çin arasında əməkdaşlığın, elmi və mədəni mübadilənin genişləndirilməsidir. İnstitutda BDU tələbələri Çin dilini öyrənir, müxtəlif mədəni tədbirlərdə iştirak edir, bu ölkənin universitetlərində təhsillərini davam etdirmək fürsəti qazanır, yayda Çində təşkil olunan yay məktəblərinə qatıla bilirlər.

Tədbirdə Şərqşünaslıq fakültəsinin tələbələri Çin rəqsləri, mahnıları ifa ediblər. Ənənəvi çay mərasimi, Çin milli əl oyunları nümayiş olunub.

 

Əvvəlki Yazı

COP29 Yaşıl Zona üzrə biletlərin verilmə tarixi açıqlanıb

Növbəti Yazı

İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.