BDU-dan AZƏRTAC-a verilən məlumata görə, tələbələr həmin ərazilərin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olacaq, əhalisi, landşaftı, su hövzələri, torpaq-bitki örtüyü haqqında məlumatlandırılacaq.
Tarix fakültəsinin bakalavriat səviyyəsi buraxılış kurs tələbələrinin isə mayın 27-dən Qəbələ Arxeoloji Mərkəzi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırımı Memorial Kompleksi, Şamaxı Şəhər Tarix-Diyarşünaslıq Muzeyində tədris təcrübəsi keçmələri nəzərdə tutulub.