İyun 18, 2025-15:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da “Dayanıqlı inkişaf uğrunda qlobal dialoq” simulyasiyası

2025:05:05 - 14:56
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Dayanıqlı inkişaf uğrunda qlobal dialoq” mövzusunda elmi simulyasiya keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültə dekanı dosent Akif Ağbabalı tədbirin əhəmiyyətindən, tələbələrin elmi fəallığından və bu cür təşəbbüslərin cəmiyyətə olan töhfələrindən danışıb. O, BMT-nin dayanıqlı inkişafla bağlı çağırışlarına toxunaraq, bu sahənin aktuallığını vurğulayıb.

Daha sonra fakültənin TEC sədri Raul İmanov simulyasiyanın məqsədləri, təşkilati mərhələləri və əsas müzakirə mövzuları barədə məlumat verib.

Simulyasiya zamanı tələbələr müxtəlif ölkələrin nümayəndələri kimi çıxış edərək qlobal inkişaf, ekoloji təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və davamlı gələcək kimi aktual mövzularda diplomatik debatlar aparıblar. Bu proses gənclərin elmi-analitik düşüncə, ictimai çıxış və qərarvermə bacarıqlarının inkişafına yönəlib.

Sonda münsiflər heyətinin qərarı ilə “Ən yaxşı nümayəndə” nominasiyası üzrə II kurs tələbəsi Amin Müzəffərli, “Ən yaxşı diplomatik fəaliyyət” nominasiyası üzrə II kurs tələbəsi Səbinə Vahidova və “Ən yaxşı mövqe sənədi” nominasiyası üzrə I kurs tələbəsi Toğrul Mehdiyev sertifikatla təltif olunublar.

Əvvəlki Yazı

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib

Növbəti Yazı

Azərbaycan Universitetinin prorektorunun monoqrafiyası “Taylor & Francis” nəşriyyatında çap olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.