Sentyabr 12, 2025-18:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da elektromaqnit sahəsinə qarşı qoruyucu örtüklərin hazırlanması üçün nanokompozitlər sintez edilir

2024:06:27 - 15:00
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının və Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının əməkdaşları Flora Hacıyeva və Həbibə Şirinovanın həmmüəllifi olduqları “PP+Fe3O4+çoxlaylı karbon nanoboruları nanohibrid əsaslı polimer nanokompozitin strukturu, elektrik və maqnetorezistiv xüsusiyyətləri” (Structural, electrical and magnetoresistance feature of PP+Fe3O4+multi-walled carbon nanotubes nano-hybrid based polymer nanocomposite) adlı məqalə “Web of Science” bazasında Q2 kvartillı jurnallar siyahısına daxil olan “The Journal of Thermoplastic Composite Materials” (IF: 3.6) nəşrində dərc olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, universitetin əməkdaşları tərəfindən termoplastik polipropilen, Fe₃O₄ nanohissəcikləri və çoxlaylı karbon nanoboruları (ÇKNB) əsasında yeni hibrid polimer nanokompozit materiallar sintez edilib, quruluşu və xassələri araşdırılıb. Müəyyən edilib ki, ÇKNB-nin polimer matrisdə istiqamətlənməsi hesabına nanokompozitdə nizamlı quruluş formalaşır və bu da öz növbəsində nanokompozitdə fazalararası qütbləşmənin rolunu artıraraq dielektrik nüfuzluğunun artmasına səbəb olur. Həmçinin PP+ÇKNB+ Fe₃O₄ sistemində mənfi maqnit müqaviməti effekti tədqiq edilib və otaq temperaturunda bu effektin nanokompozitdə müşahidə olunması Fe₃O₄ nanohissəciklərinin spin polyarlaşması ilə əlaqələndirilib.

Qeyd edək ki, PP+ÇKNB+ Fe₃O₄ tipli nanokompozitlərin alınma texnologiyasının işlənilərək optimallaşdırılması və xassələrinin tədqiqi belə materialların maqnit sahə sensorları və elektromaqnit sahəsinə qarşı qoruyucu örtüklərin hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.

Əvvəlki Yazı

Le Pen: Bardella baş nazir olarsa, Makron Ukraynaya qoşun göndərə bilməyəcək

Növbəti Yazı

Rusiya və Misir Fələstin-İsrail münaqişəsinin genişlənməsinin qarşısını almağa çağırıb – XİN

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.