İyul 9, 2025-19:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da “Konstitusiya və Suverenlik İli” ilə bağlı kitab sərgisi təşkil olunub

2025:01:13 - 15:40
in SOSİAL
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Bakı Dövlət Universitetinin Elmi Kitabxanası “Konstitusiya və Suverenlik İli” adlı illik kitab sərgisi təşkil edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 12 Noyabrın Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilməsi haqda məlumatlar, Ümummilli Lider Heydər Əliyev, Konstitusiya hüququ, tarixi kimi mövzularda nəşrlər nümayiş olunur.

Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərdə 100-dən çox nəşrin nümayiş olunduğu sərgidə “Konstitusiya hüququ”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları”, “Azərbaycanın dövlət və hüququnun əsasları”, həmçinin “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, “Hüquqi dövlət və Konstitusiya”, “Naxçıvan Muxtar Respublikası Konstitusiyalarda” adlı nəşrlər xüsusi yer tutur.

Ulu Öndər Heydər Əliyevin şah əsəri hesab edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumu əsasında qəbul edilib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan olunub. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyaya 2002-ci, 2009-cu və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib. Bütün bu tarixi proseslərin daha dərindən öyrənilməsi, tədqiqatların aparılması, gənc nəslə çatdırılmasına öz töhfəsini verəcək sərgi ilin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.

 

 

Əvvəlki Yazı

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 6 % artıb

Növbəti Yazı

Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.