Avqust 23, 2025-22:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da Qarabağ müharibəsi veteranı, şair-publisist Rəşid Faxralı ilə görüş

2024:03:12 - 14:50
in SOSİAL
A A
Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Qarabağ müharibəsi veteranı, şair-publisist, Əməkdar jurnalist, ehtiyatda olan mayor Rəşid Faxralı ilə görüş keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Zəfər tarixi” lektoriyasında keçirilən tədbirin moderatoru, Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı Knyaz Aslan son illərdə xalqımızın həyatında mühüm tarixi hadisələrin baş verdiyini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu bildirib, bugünkü tədbirin də məhz hərbi vətənpərvərlik ovqatına kökləndiyini vurğulayıb. Knyaz Aslan Rəşid Faxralının hərbi jurnalist kimi fəaliyyəti və ədəbi-bədii yaradıcılığı haqqında geniş məlumat verib: “Rəşid Faxralı ilə görüşün onun məzunu olduğu BDU-da, eyni zamanda “Zəfər tarixi” lektoriyasında keçirilməsi təsadüfi deyil. Rəşid Faxralı şair, publisist, hərbi jurnalist kimi çoxsaylı maraqlı əsərləri, oxunaqlı kitabları ilə öz imzasını təsdiqləmiş ziyalıdır. O, qalib Vətənimizin qalib zabiti, eyni zamanda, universitetimizin şöhrətini ucaldan məzunumuzdur. Rəşid Faxralı 1990-cı illərin əvvəllərindən cəbhə bölgələrini qarış-qarış gəzib, əsgər və zabitlərimizin barıt qoxulu döyüş yolu barədə reportajlar, məqalələr, oçerklər hazırlayıb, şeirlər, poemalar yazıb. Onun yaradıcılığı gənc nəsil üçün vətənpərvərlik örnəyi, cəngavərlik dərsliyi, mübarizə kitabıdır. Əminəm ki, onun ədəbi-bədii irsi gələcəkdə elmi araşdırmaların obyektinə çevriləcək”.

Tədbirdə Milli Məclisin deputatı Səbinə Xasayeva, Qarabağ müharibəsi iştirakçıları, ehtiyatda olan polkovnik-leytenantlar Bəxtiyar Əliyev, Əməkdar müəllim Bayram Məmmədov, “Azərbaycan Ordusu” qəzetinin məsul katibi, kapitan Mahmud Möhbalıyev, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və başqaları çıxış edərək, Rəşid Faxralının həyat və yaradıcılığının müxtəlif məqamlarından danışıb, onun haqqında ürək sözlərini bölüşüblər.

İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinin ifasında Rəşid Faxralının şeirləri səsləndirilib, vətənpərvərlik ruhunda musiqi əsərləri ifa olunub.

Sonda çıxış edən Rəşid Faxralı tədbirin təşkilinə görə BDU rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib, şeir, poema və publisistik yazılarının toplandığı “Əsgər nəfəsi” adlı yeni kitabını BDU-ya hədiyyə edib.

Əvvəlki Yazı

Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə inşa ediləcək xəstəxananın layihəsi ilə tanış olublar

Növbəti Yazı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.