İyun 18, 2025-18:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da Yassı Universitetinin Azərbaycan Multikulturalizm Mərkəzinin rəhbəri ilə onlayn görüş olub

2025:05:13 - 12:45
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Rumıniyanın Yassı Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzinin sədri Lyudmila Bejenaru ilə onlayn görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültə dekanı Afət Məmmədova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının əhəmiyyəti və multikultural dəyərlərin təşviqindəki rolu haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsü istiqamətində Mərkəzin apardığı ardıcıl və məqsədyönlü iş öz yüksək nəticəsini verməkdədir. Artıq xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi daha geniş coğrafiyanı əhatə etməklə bərabər, öz təsir dairəsi və gücünü də artırmaqdadır.

Ardınca çıxış edən Lyudmila Bejenaru rəhbərlik etdiyi Mərkəzin fəaliyyəti barədə geniş məruzə edib. O diqqətə çatdırıb ki, qloballaşan dünyada Rumıniya və Azərbaycan dost ölkələr və yaxın iqtisadi tərəfdaşlar hesab olunurlar. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlər yeni mərhələyə yüksəlib. Lyudmila Bejenaru Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin fəaliyyətindən, universitetdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisindən bəhs edib. O qeyd edib ki, fənnin tədrisi zamanı Azərbaycanın UNESCO-nun siyahısına salınmış tarixi yerləri, maddi-mədəniyyət nümunələri haqqında tələbələrə mühazirələr oxunur. Mərkəzin fəaliyyətində Qarabağ şəhidlərinə həsr olunmuş tədbirlər, eləcə də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər yer alır.

Görüşdə iştirak edən müəllimlər qeyd ediblər ki, bu kimi mərkəzlərin yaradılması müxtəlif mədəniyyətlərin bir-birini daha yaxşı anlamasına, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına, tolerantlığın gücləndirilməsinə kömək edir.

Əvvəlki Yazı

Qarabağ Universiteti abituriyentlər üçün maarifləndirmə görüşlərinə start verib

Növbəti Yazı

İnzibati rəhbər və icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.