İyun 15, 2025-13:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU ilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında anlaşma memorandumu imzalanıb

2024:02:01 - 12:03
in SOSİAL
A A

Bakı Dövlət Universiteti (BDU) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidməti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

İmzalanma mərasimində BDU-nun rektoru Elçin Babayev bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Dünya ölkələri tərəfindən qəbul edilən bu qərar Azərbaycana göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək. Bütün bunlar dövlət qurumlarının və ali təhsil müəssisələrinin üzərinə də müəyyən öhdəliklər qoyur.

Rektor imzalanan memorandumun ölkədə bu sahədə həyata keçirilən dövlət siyasətinə töhfə verəcəyinə əminliyini bildirib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev qeyd edib ki, Azərbaycandakı bütün milli park və qoruqlarda təcrübə və elmi-tədqiqat işləri aparmaq üçün hər cür şərait var. BDU tələbələrinin tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətində təcrübə və təlim keçmələri təşkil edilə bilər.

Anlaşma memorandumuna əsasən, Xidmətin struktur bölmələrinin əməkdaşlarının BDU-da ixtisasartırma dərslərinin keçirilməsi, tədris prosesinə cəlb olunması nəzərdə tutulur. Birgə əməkdaşlıq çərçivəsində BDU-nun ekologiya ixtisası və ekologiya hüququ üzrə təhsil alan tələbələrinin ekoloji layihələrin hazırlanması və həyata keçirilməsinə cəlb olunması işi də təşkil ediləcək.

Memorandumda ekologiya hüququ sahəsində tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin keçirilməsi, eyni zamanda, təhsilalanlar üçün etno-ekoloji və ekoturizm yönümlü proqramların hazırlanması, birgə elmi tədqiqatların aparılması, sərgilərin, yay düşərgələrinin təşkil edilməsi də nəzərdə tutulur.

Əvvəlki Yazı

MSK seçki bülletenlərinin DSK-lara təhvil verilməsini başa çatdırıb

Növbəti Yazı

Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin inkişafında akademik Cəlal Əliyevin misilsiz xidmətləri olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.