Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən yay semestri təşkil olunub.Universitetdən AZƏRTAC-a bildirilib ki, yay semestri 2023/2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.İyulun 26-dan başlanan yay semestri üzrə dərslərin 5 həftə ərzində keçirilməsi nəzərdə tutulub.Ümumilikdə yay semestri dərslərində 150-dən artıq fənn üzrə 950 bakalavriat və 16 magistratura tələbəsi iştirak edir.