May 10, 2025-0:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun Biologiya fakültəsində təlim: Magistr dissertasiya işinin tərtibi və akademik yazı

2023:10:17 - 11:40
in SOSİAL
A A
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Magistr dissertasiya işinin tərtibi və akademik yazı” adlı təlim təşkil olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Fakültənin dekanı Afət Məmmədova və elmi işlər üzrə dekan müavini Pərvin Zülfüqarova magistrantlara dissertasiya işinin hazırlanması və elmi-tədqiqat işlərinin aparılması ilə bağlı tövsiyələr veriblər.

Dosent Sevinc Hümbətova magistrlik dissertasiya işinin hazırlanması, tədqiqatlar üzrə problem qoyuluşu və həlli yolları, elmi ədəbiyyatlarla işləmək, elmi məqalələrin yazılması qaydalarını izah edib.

Tələbələr dissertasiya işinin yazılma mərhələləri və ardıcıllığına, ixtisasın spesifikliyini əks etdirən material və metodikanın tətbiqinə, işin texniki tərtibat qaydalarına dair titul səhifəsindən ədəbiyyat siyahısınadək diqqət edilməli məqamlar haqqında slaydlarla tanış olublar.

Konkret misallar üzərində ayrı-ayrı sualların izahı magistrlərin diqqətinə çatdırılıb.

Eyni zamanda, ikiillik təhsil dövründə magistrantların hazırlayacaqları hesabatlar, onların təqdimatına dair qaydalar, təhvil veriləcək referat və işin aprobasiyasını əks etdirəcək elmi publikasiya öhdəliyi müzakirə edilib. Plagiatlığa yol verməmək, mənbələrə doğru istinad və internet resurslarından istifadə qaydaları da diqqətə çatdırılıb.

Sonra magistrantların sualları cavablandırılıb.

Əvvəlki Yazı

Pərviz Şahbazov Çində keçiriləcək “Bir kəmər, bir yol” Forumunda iştirak edəcək

Növbəti Yazı

Scholz Qəzzadakı mülki şəxslərlə Həmas arasında sərhəd çəkməyə çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.