Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Çexiyanın Karlov Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Eva Voldriçova Belankova və Çex Respublikasının konsulu Pavel Kuçera ilə görüş olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə “Erasmus Mundus”, “Capacity Building” və “Mobility” proqramları üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib. Eyni zamanda, zoologiya, eksperimental botanika və molekulyar biologiya sahələrində birgə tədbirlərin keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, BDU ilə Karlov Universiteti arasında imzalanmış “ERASMUS+KA107” tələbə-müəllim mübadiləsi proqramı çərçivəsində fakültənin bir qrup əməkdaşı bu ilin aprel ayında Karlov Universitetinə dəvət alıb.