May 9, 2025-22:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun dosenti Bolqarıstanda beynəlxalq konfransda məruzə edib

2023:10:10 - 12:14
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin 10 illik yubileyi münasibətilə keçirilən “Azərbaycan – Avropa və Asiyanın kəsişməsi” adlı beynəlxalq elmi konfransda məruzə edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycan dilçiliyində ədəbi dillə dialektlərin qarşılıqlı əlaqəsinin elmi-nəzəri prinsipləri” adlı məruzəsində Sevinc Əliyeva ədəbi dilin formalaşmasında dialektlərin, ictimai-tarixi amillərin rolunu vurğulayıb. Dialektlərin ədəbi dilin lüğət tərkibini zənginləşdirən əsas mənbələrdən olduğunu nümunələrlə diqqətə çatdırıb.

Konfransda, həmçinin Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri professor Sevinc Əliyeva, Bakı Slavyan Universitetinin prorektoru Nailə Xəndan, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva-Mitreskaya, Türkologiya və altayşünaslıq kafedrasının müdiri professor İrina Sarıvanova çıxışlarında Azərbaycan dilinin zənginliyindən danışıb, bolqar dili ilə müqayisəli təhlilini aparıblar.

Əvvəlki Yazı

Tağıyevdən bəhs edən çoxseriyalı film gələn il təhvil veriləcək

Növbəti Yazı

Təhsil Kompleksində görkəmli şərqşünas-alim Aida İmanquliyevanın xatirəsinə həsr olunan tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.