Avqust 14, 2025-7:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

2025:08:07 - 15:47
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 9 kafedra və 23 tədris laboratoriyası fəaliyyət göstərir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində, tədris laboratoriyalarında tədqiqat aparmaq imkanlarına malikdirlər.

Fakültədə Ümumi fizika və fizikanın tədrisi metodikası, Nəzəri fizika, Optika və molekulyar fizika, Yarımkeçiricilər fizikası, Maddə quruluşu, Fiziki elektronika, Bərk cisimlər fizikası, Astrofizika və Nanomaterialların kimyəvi fizikası kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə tədris laboratoriyalarında tələbələrin iştirakı ilə tədqiqatlar aparılır.

Bakalavriat səviyyəsində 3 ixtisas (fizika ixtisası, fizika müəllimliyi və mühəndis fizikası) üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Fizika ixtisasında universal kadr hazırlığı aparılır, bu ixtisası bitirən tələbələr fizika sahəsi üzrə elmi-tədqiqat institutlarında, sənaye-texnoloji parklarda və digər sahələrdə çalışa bilərlər.

Fizika müəllimliyi ixtisasını bitirən məzunlar ümumtəhsil məktəblərində, liseylərdə fizika fənnini tədris edə bilərlər.

Mühəndis fizikası ixtisasında fizika üzrə biliklərin tələb olunduğu sənaye sahələri üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlığı aparılır.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində həyata keçirilir.

 

Əvvəlki Yazı

Könüllülər Ədəbiyyat Muzeyinin Aran filialının qonağı olublar

Növbəti Yazı

Paytaxtda 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.