İyun 14, 2025-21:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında “Çəkişmə” hüquq müsabiqəsi başa çatıb

2025:05:30 - 12:49
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə üzvləri, Mülki proses və kommersiya hüququ kafedrası və “De Novo” hüquq klubunun birgə təşkilatçılığı ilə Yasamal Rayon Məhkəməsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Çəkişmə” hüquq müsabiqəsinin final mərhələsi keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, final turunda gənc hüquqşünaslar “Mülki prosesdə yalnız formal həqiqət müəyyən edilməlidir” mövzusu ətrafında debat formatında arqumentlərini səsləndirərək, mövqelərini müdafiə ediblər. Münsiflərin qiymətləndirdiyi ən yaxşı 2 komanda – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbələrindən ibarət “Bona fide” komandası I, BDU-nun SABAH qruplarının Hüquq fakültəsinin IV kurs tələbələrindən ibarət “İnsident” komandası ll yerə layiq görülüb. Komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqədə 45 komanda və 135 tələbə iştirak edib. Müsabiqə aprel-may aylarını əhatə edib və bu müddət ərzində tələbələr hazırlıq sessiyalarına cəlb olunublar. Daha sonra iştirakçılar mayın 10-u və 17-də baş tutan mərhələlərdə öncədən elan edilmiş “Qanunu yalnız Konstitusiya Məhkəməsi şərh etməlidir” mövzusu ətrafında arqumentlərini irəli sürüblər. Müsabiqə gənc hüquqşünasların nəzəri biliklərinin praktik tətbiqinin təkmilləşdirilməsi və real mühitlə tanışlığı məqsədilə təşkil edilib.

Əvvəlki Yazı

Beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri Azıx mağarasında yenidən tədqiqat aparacaqlar

Növbəti Yazı

İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.