Sentyabr 1, 2025-21:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində üç ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir

2024:08:06 - 11:23
in GÜNDƏM
A A

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində 9 kafedra və 2 kompüter laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub.Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.Fakültədə Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri, İnformasiya texnologiyaları və proqramlaşdırma, Riyazi kibernetika, Optimallaşdırma və idarəetmə, Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi, İqtisadi kibernetika, Tətbiqi analizin riyazi üsulları, İnformatika kafedraları fəaliyyət göstərir.Bakalavriat səviyyəsində üç ixtisas – kompüter elmləri, informatika müəllimliyi və informasiya təhlükəsizliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.Kompüter elmləri ixtisası üzrə məzunlar IT mütəxəssisi, proqram təminatı analitiki, riyaziyyat müəllimi, proqramçı, tətbiq sistemləri inzibatçısı, riyaziyyat mühəndisi, kompüter modelinin tərtibçisi, verilənlər bazası dizayneri, riyazi modelləşdirmə mütəxəssisi kimi işləyə bilərlər.İnformatika müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) informatika fənnini yüksək peşəkarlıqla tədris edə bilərlər.İnformasiya təhlükəsizliyi ixtisası əmək bazarında ən çox tələbat olan ixtisaslardandır. Bu ixtisası bitirən məzunlar informasiya təhlükəsizliyi üzrə qurumlarda müxtəlif vəzifələrdə (verilənlər bazası və vebsayt administratoru, sistem inzibatçısı, mütəxəssis, analitik, informasiya təhlükəsizliyi laboratoriyasının əməkdaşı, IT layihəsinin meneceri və s.) işləyə bilərlər.Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Əvvəlki Yazı

Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir

Növbəti Yazı

PMS imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.