Bakı Dövlət Universiteti (BDU) ilə Qırğız-Türk “Manas” Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb.Universitetdən AZƏRTAC-a bildirilib ki, protokolu BDU-nun rektoru Elçin Babayev və Qırğız-Türk “Manas” Universitetinin rektoru Alpaslan Ceylan imzalayıb. Protokol çərçivəsində akademik heyətin, tələbələrin və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur.1995-ci ildən fəaliyyət göstərən Qırğız-Türk “Manas” Universitetində 11 fakültə üzrə 6000-ə yaxın tələbə təhsil alır.