Avqust 18, 2025-19:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU və Çinin Renmin Universiteti arasında ikili diplom proqramı layihəsinin yaradılması haqqında müzakirələr aparılıb

2024:01:19 - 12:23
in SOSİAL
A A

Bakı Dövlət Universiteti (BDU) və Çin Xalq Respublikasının (ÇXR) Renmin Universitetinin əməkdaşları arasında onlayn görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

BDU nəzdində Konfutsi İnstitutunun çinli direktoru Vanq Haoqianq, Renmin Universitetinin Biznes Məktəbinin MBA Proqram Mərkəzinin beynəlxalq əlaqələr üzrə direktoru Zhang Ying, Tarix məktəbinin Arxeologiya və muzeyşünaslıq kafedrasının dosenti Chen Xiolu, Beynəlxalq mübadilə bürosunun direktor müavini Lin Yuan və əməkdaşı Lu Venqin iştirak ediblər.

Görüşdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov universitetin beynəlxalq əlaqələri, dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramları haqqında məlumat verib, Renmin Universiteti ilə əməkdaşlığın perspektivlərindən danışıb.

Tarix fakültəsinin dekanı İbrahim Zeynalov rəhbərlik etdiyi fakültə haqqında görüş iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, fakültə fəaliyyət göstərdiyi 105 il ərzində şərəfli inkişaf yolu keçib. BDU-nun və fakültənin dünya şöhrətli məzunu Ümummilli Lider Heydər Əliyevdir.

İ.Zeynalov Arxeologiya və etnoqrafiya kafedrasının apardığı elmi-tədqiqatlar barədə məlumat verib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı fakültədə ABŞ, İsveçrə və Qazaxıstanın qabaqcıl ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramlarından bəhs edib. O, fakültədə 7 kafedra tərəfindən iqtisadi və siyasi elmlər olmaqla ali təhsilin bütün pillələri üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini deyib.

Dekan müavini Kənan Vəkilov fakültədə bakalavriat, magistratura və doktorantura səviyyələrində 4 minə qədər tələbənin 35 ixtisas və ixtisaslaşma üzrə Azərbaycan, rus və ingilis dillərində təhsil aldığını deyib, həyata keçirilən elmi-tədqiqatlardan danışıb.

Renmin Universitetinin nümayəndələri BDU ilə qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bu əlaqələrin Çin və Azərbaycan arasında mövcud münasibətlərin inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.

Sonra Renmin Universitetinin beynəlxalq əlaqələri, elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verilib.

Görüşdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin biznesin təşkili və idarəedilməsi (MBA proqramı) ixtisaslaşması üzrə Renmin Universiteti ilə birgə ikili diplom proqramının həyata keçirilməsi, həmçinin Tarix fakültəsində Arxeologiya və etnoqrafiya kafedrası ilə birgə elmi-tədqiqatların aparılması, bu istiqamətdə ikili diplom proqramı layihəsinin yaradılması haqqında müzakirələr aparılıb.

Əvvəlki Yazı

Bakı məktəblərində Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib

Növbəti Yazı

Qubada saxlanılan şəxsin üzərindən avtomat aşkarlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.