İyun 21, 2025-4:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU və Qazax Milli Pedaqoji Universiteti tədris prosesinin rəqəmsallaşdırılması ilə bağlı əməkdaşlıq edəcək

2024:11:01 - 17:40
in SOSİAL
A A

Bakı Dövlət Universiteti (BDU) rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova ilə Abay adına Qazax Milli Pedaqoji Universitetinin beynəlmiləlləşmə və strateji inkişaf üzrə prorektoru Aygül İskakova, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Bayan Saparqaliyeva, Beynəlxalq proqramlar və əməkdaşlıq şöbəsinin müdiri Aygerim Tavıldiyeva arasında görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüş iki universitet arasında beynəlxalq əməkdaşlıq və tələbə mübadiləsi imkanlarını müzakirə etmək məqsədi daşıyıb. Görüşün əsas mövzularından biri rəqəmsal platforma və alətlərdən istifadə etməklə təhsil proqramlarının hazırlanmasına yönəlmiş beynəlxalq layihələrdə birgə iştirak perspektivləri olub.

Görüşdə BDU və Abay adına Qazax Milli Pedaqoji Universitetinin tələbələri üçün beynəlxalq qarşılıqlı fəaliyyət çərçivəsində təlim və təcrübə keçməyə imkan verəcək akademik mübadilə proqramlarının təşkilinə xüsusi diqqət yetirilib. Bu proqramlar tələbələrin rəqəmsal bacarıqlarını təkmilləşdirməyə kömək edəcək. İki universitet arasında əməkdaşlığın akademik mobilliyin gücləndirilməsi və tədris prosesinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım olacağına, bunun da öz növbəsində tələbələrin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıracağına əminlik vurğulanıb.

Tərəflər rəqəmsallaşma və akademik mübadilə üzrə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Əvvəlki Yazı

UNESCO-nun Qlobal Təhsil Görüşünün iştirakçıları Azərbaycan təcrübəsi barədə məlumatlandırılıb

Növbəti Yazı

Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.