Birləşmiş Ərəb Əmirlikləri 2024-cü ilin əvvəlindən Rusiya və Ukrayna arasında 1800 hərbi əsir mübadiləsinə yardım edib. Bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“BƏƏ Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında yeni məhbus mübadiləsində uğurla vasitəçilik etdi və nəticədə 230 məhbus azad edildi və BƏƏ-nin vasitəçilik səyləri ilə dəyişdirilən məhbusların ümumi sayı 1788-ə çatdı”, – deyə məlumatda bildirilir.
BƏƏ Xarici İşlər Nazirliyi vasitəçilik səylərinə göstərdikləri dəstəyə görə Rusiya və Ukrayna hakimiyyətinə təşəkkür edib, həmçinin münaqişənin sülh yolu ilə həlli və onun humanitar nəticələrinin yumşaldılması istiqamətində işi davam etdirmək istəyini vurğulayıb.
Şənbə günü Rusiya Müdafiə Nazirliyi Kursk istiqamətində əsir düşən 115 rus əsgərinin azad edildiyini açıqlayıb . Bunun müqabilində 115 hərbi əsir Ukrayna tərəfinə təhvil verilib. Mübadilə proseduru Əmirliyin səlahiyyətli orqanlarının vasitəçiliyi ilə baş tutub. Bu ilin əvvəlindən BƏƏ 7 dəfə məhbus mübadiləsi prosesində Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış edib. (Tass)