Fələstin HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra Birləşmiş Ərəb Əmirlikləri regionda gərginliyin artması təhlükəsindən narahatlığını ifadə edərək, tərəfləri təmkinli olmağa və münaqişənin genişlənməsinin qarşısını almağa çağırıb. Bu barədə Əmirliyin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“BƏƏ regional hadisələrdə baş verən sürətli inkişafı diqqətlə izləyir və davam edən eskalasiya, eləcə də onun regionda təhlükəsizlik və sabitlik üçün nəticələrindən dərin narahatdır”, – agentliyin yaydığı bəyanatda deyilir.
BƏƏ Xarici İşlər Nazirliyi həmçinin dialoqun, beynəlxalq hüquqa hörmətin və digər dövlətlərin suverenliyinə hörmətin zəruriliyinə diqqət çəkib ki, bu da “mövcud böhranların həlli üçün ən yaxşı əsasdır”. Bu kontekstdə departament fikir ayrılıqlarını diplomatik yollarla həll etməyə və qarşıdurma dilindən imtina etməyə çağırıb. (Tass)