Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları humanitar böhranın həlli, asayişin bərqərar olması və gələcək vahid hökumətin işinin əsaslarının qoyulması üçün Qəzza zolağında müvəqqəti beynəlxalq missiyanın yaradılmasına çağırır. Bunu BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi deyib.
Onun sözlərinə görə , Qəzza zolağında təhlükəsizlik və sabitliyin əldə edilməsinə yönəlmiş addımlar Fələstin anklavında müvəqqəti beynəlxalq missiyanın yaradılması ilə başlamalıdır. Bu missiya Qəzza zolağının yenidən qurulması üçün məsuliyyət daşıya biləcək yeni müstəqil baş nazirin rəhbərlik etdiyi Fələstin hökumətinin razılığı ilə fəaliyyət göstərməlidir. BƏƏ hesab edir ki, missiyanın vəzifələrinə Fələstin anklavında humanitar böhrana cavab vermək, asayişi bərpa etmək, eləcə də İordan çayının qərb sahili və Qəzza zolağını birləşdirə biləcək gələcək hökumətin əsaslarının qoyulması daxildir.
WAM agentliyinin məlumatına görə, BƏƏ-nin dövlət naziri qeyd edib ki, İsrail “bu beynəlxalq baxışın həyata keçirilməsində” rol oynamalıdır, çünki yəhudi dövlətinin anklavda tətbiq etdiyi mühasirə aradan qaldırılmadan Qəzza zolağının bərpası mümkün deyil. (Tass)