BRİKS-ə qoşulmaq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) daha da güclənməsinə və dünyanın ən böyük iqtisadiyyatları ilə əlaqələri inkişaf etdirməsinə kömək edir. Bunu ölkənin iqtisadiyyat naziri Abdulla bin Touq əl-Mari deyib.
“BƏƏ həmişə iqtisadiyyatın gücə və böyük iqtisadiyyatlarla əlaqələrə arxalandığı bir yer olub. BRİKS-ə qoşulmaq BƏƏ-yə güc verir, həmçinin Çin və Hindistan kimi böyük iqtisadiyyatlarla əlaqələri inkişaf etmək üçün imkanlar verir” – deyə o Yaponiyanın Nikkei Asia nəşrinə müsahibəsində bildirib. (Tass)