Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə Rusiya-Əmirlik münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Bu barədə Əmirliyin WAM dövlət agentliyi məlumat yayıb.
Agentliyin görüşdən sonra dərc edilən bəyanatında qeyd olunub ki, tərəflər prezident Məhəmməd bin Zayedin Rusiyaya son rəsmi səfəri fonunda “əməkdaşlığın və komanda işinin daha da gücləndirilməsini” müzakirə ediblər. (Tass)