Birləşmiş Ərəb Əmirlikləri BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvləri arasında Qəzza zolağında dərhal atəşkəs elan edilməsini tələb edən qətnamə layihəsini paylayıb. Bunu BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan deyib.
“BƏƏ, qardaş Fələstin xalqının əzablarını daha da artıran anklavda fəlakətli vəziyyətin qalması səbəbindən humanitar əsaslarla Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsini Təhlükəsizlik Şurasına təqdim edib”, – nazir X sosial şəbəkə (keçmiş Twitter) səhifəsində yazıb. (Tass)