Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Qəzza zolağında tibbi yardım almaq imkanından məhrum olan xərçəng xəstəliyinə tutulmuş 1 min fələstinlini ölkəyə qəbul etməyi əmr edib. Bu barədə Əmirliyin WAM xəbər agentliyi məlumat yayıb.
Xərçəng xəstəliyinə tutulmuş Fələstin anklavının sakinlərinin dövlət tibb müəssisələrində lazımi müalicə kursu və ya reabilitasiya kursundan keçmək imkanı olacağı gözlənilir. “Bu təşəbbüs BƏƏ-nin qardaş Fələstin xalqına yardım göstərmək və sektorda pisləşən humanitar şəraitə cavab vermək üçün müxtəlif səviyyələrdə davam edən səylərinin bir hissəsidir”, – WAM bildirib.
Ötən həftə Qəzza zolağının sərhəd polisi yaralıların və xərçəng xəstələrinin Misirlə sərhəddəki Rəfah keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcəklərini açıqlamışdı. Siyahıya ən azı 155 nəfər daxil edilib, lakin onların vətəndaşlığı göstərilməyib.
Noyabrın 2-də Şeyx Məhəmməd Qəzza zolağından olan min fələstinli uşağın BƏƏ-də yerləşdirilməsinə və onlara lazımi tibbi yardım göstərilməsinə göstəriş verib.