Belarusun İstintaq Komitəsi (İK) energetika nazirinin keçmiş müavini Mixail Mixadyuka qarşı cinayət işi açıb, o, istintaq təcridxanasındadır. “SB.Belarus Today” nəşri xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko ilə Nazirlər Şurasının rəhbərliyi arasında korrupsiya faktlarının açıqlandığı görüşdə məlum olub.
Bildirilir ki, iş “Belarusda yüksək gərginlikli yarımstansiyaların tikintisi və modernləşdirilməsi üçün podratçı kimi xarici şirkətin seçilməsi ilə bağlı məsələlərin müsbət həllinə” görə başlanıb. (Tass)