Belarus Xarici İşlər Nazirliyi İran prezidenti İbrahim Rəisinin və onu müşayiət edən yüksək vəzifəli şəxslərin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib.
İdarə Minskin əsl dostlarının dünyasını dəyişdiyini vurğulayaraq, İran xalqına mətanət və cəsarət arzulayıb.
“İrandan gələn son xəbəri böyük ağrı ilə aldıq”, – deyə mətbuat xidmətinin yaydığı bəyanatda deyilir. (Tass)