Belarusda keçirilən prezident seçkilərində yerli vaxtla saat 19:00-a seçici fəallığı 81,5% təşkil edib. Bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının katibi Yelena Baldovskaya məlumat verib.
Mərkəzi Seçki Komissiyası regionlar üzrə seçici fəallığını da təqdim edib. Belə ki, Minskdə 66,83%, Brest vilayətində 86,42%, Vitebsk vilayətində 80,94%, Qomel vilayətində 86,69%, Qrodno vilayətində 83,53%, Minsk vilayətində 83,12%, Mogilev vilayəti – 89,05%.
Belarusda prezident seçkilərində səsvermə saat 08:00-da başlayıb və 21:00-da başa çatacaq. (Tass)