Belçika İrana qarşı, ilk növbədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyaları, həmçinin təcavüzkar yəhudi məskunlaşanlarına və onları silahlandıranlara qarşı məhdudiyyətləri dəstəkləyir. Bunu Belçikanın xarici işlər naziri Aja Labib Lüksemburqda Avropa İttifaqı ölkələrinin xarici işlər və müdafiə nazirlərinin birgə iclasında çıxışı zamanı deyib.
“Belçika İrana, İran İnqilabı Keşikçiləri Korpusuna və pilotsuz təyyarələr tədarük edənlərə qarşı sanksiyaların tərəfdarıdır ki, biz bunu Ukraynadakı döyüş meydanında da görürük. Lakin biz eyni zamanda balanslı yanaşmalı və təcavüzkar İsrail məskunlaşanlarına və onları silahlandıran qüvvələrə qarşı sanksiyalar tətbiq etməliyik”. – deyib.