Avqust 12, 2025-3:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Belçikada təhsil alan ilk azərbaycanlı tələbə Rəşid Axundovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

2025:04:13 - 12:12
in SOSİAL
A A

Azərbaycanın Belçikadakı səfirliyində “Foreign Student Life in Belgium: Tracing the History” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir 19-cu əsrdə Brüsseldəki Azad Universitetdə (Université libre de Bruxelles – ULB) təhsil alan ilk azərbaycanlı tələbə Rəşid Axundovun xatirəsinə həsr olunub.

Tədbiri Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov açaraq Rəşid Axundovun atası, məşhur dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin ədəbiyyatımızdakı rolundan bəhs edib. O həmçinin Azərbaycan və Belçika arasında diplomatik əlaqələrin tarixindən, təhsil və humanitar sahələrin inkişafından və Belçikada təhsil alan azərbaycanlı tələblər haqqında məlumat verib.

Daha sonra tədbirin təşəbbüskarı kommunikasiya və ictimai əlaqələr üzrə məsləhətçi, Rəşid Axundovdan sonra Belçikada təhsil alan ikinci azərbaycanlı tələbə olan Aynur Bəşirova çıxış edib. O, Rəşid Axundovun həyatını atasına yazdığı məktublar əsasında iştirakçılara təqdim edib. Aynur Bəşirova Axundovun Brüssel həyatını bu sözlərlə təsvir etdiyini qeyd edib: “Brüssel olduqca gözəl şəhərdir… Buranın camaatı çox səmimi və incədir… Belə sakit və azad bir ölkə mən görməmişəm”.

Tədbirin əsas məqsədi onun xatirəsini yad etməklə yanaşı, keçmişlə bu günü birləşdirərək, bu gün Belçikada təhsil alan tələbələrin də söz haqqı ilə xarici tələbə həyatını müzakirəyə açmaq idi.

Brüsseldəki Azad Universitetin professoru Lebriz Sönməz ULB-nin tarixi və xarici tələbələrlə bağlı açıq və tolerant ənənələri barədə çıxış edib.

Tədbirin ikinci hissəsində müxtəlif ölkələrdən olan tələbələrin iştirak etdiyi panel müzakirəsi reallaşıb. Moderator Eldar Bayramzadə (Azərbaycan) olmaqla paneldə Fioana Mişeva (Albaniya), Cessi Pilz (Belçika/Lüksemburq), Allison Fotso Kom (Kamerun/İsrail) və Aysu Əhməd (Azərbaycan) çıxış edərək fikirlərini bölüşüblər.

Əvvəlki Yazı

Arslan Növrəsli: Bu səfər NDU ilə Qarabağ Universiteti arasında əməkdaşlıq kimi də dəyərləndirilə bilər

Növbəti Yazı

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.