Rusiya müdafiə naziri postuna namizəd Andrey Belousov bildirib ki, onun yeni iş yerində həll etməli olduğu bütün məsələlər prioritetdir.
Mayın 14-də Federasiya Şurasının iclasında Belousov deyib: “Mən Müdafiə Nazirliyinin işləri ilə tanış olmağa başladım, orada bütün məsələlər prioritetdir”.
O, həmçinin qeyd edib ki, hazırda Rusiya ordusu üçün ən aktual məsələ Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edən qoşunların döyüş sursatı, raketlər, pilotsuz uçuş aparatları və elektron döyüş texnikası ilə təchizatıdır.
WWW.KP.RU