Belarus prezidenti Aleksandr Lukaşenko Aleksandr Turçini ölkənin baş naziri təyin edib. Bu barədə BELTA agentliyi məlumat yayıb.
Turçin bundan əvvəl Minsk Vilayət İcraiyyə Komitəsinin sədri işləyib.
Belarus Konstitusiyasına görə, Baş nazir Nümayəndələr Palatasının əvvəlcədən razılığı ilə prezident tərəfindən təyin edilir. Agentlik qeyd edib ki, bu prosedur həyata keçirilib.
Agentlik xəbər verir ki, həmçinin, respublikanın keçmiş baş naziri Roman Qolovçenko Milli Bankın yeni rəhbəri təyin edilib.