Almaniyanın xarici işlər naziri Annalena Bärbock Qəzza zolağında təcili humanitar fasilə verilməsini müdafiə etdi və həmçinin İsraili İordan çayının qərb sahilində yeni yaşayış evləri tikmək qərarına yenidən baxmağa çağırdı.
Berlində Böyük Britaniyanın xarici işlər naziri David Cameron ilə danışıqlardan sonra o, Qəzza zolağında vəziyyətin “dəhşətli olduğunu, bunu sözlə ifadə etmək çətin olduğunu” deyib. “Bu davam edə bilməz. Bizim ümumi çağırışımız odur ki, təcili humanitar atəşkəsə ehtiyacımız var. Danışıqlar prosesində irəliləyiş lazımdır. Güzəştlər ağrılıdır, lakin [HƏMAS-ın saxladığı] girovlar azad edilməlidir”, – o əlavə edib.
“İsrail hökuməti nəhayət humanitar yardım üçün daha çox sərhəd keçidi açmalıdır” dedi nazir. O, həmçinin İsrailin məskunlaşma siyasətini bir daha tənqid edərək, bunun “oda yanacaq qatdığını” deyib. “İsrail hökumətinin yeni yaşayış məskənlərinin tikintisi ilə bağlı dünənki qərarı qeyri-qanunidir, qəbuledilməzdir və ləğv edilməlidir. Bu, sülhə gedən yolu bağlayır və İsrailin maraqlarına xidmət edə bilməz”, – Berbok bildirib.
(Tass)