Berlinin mərkəzində Fələstini dəstəkləyən nümayiş zamanı azı 15 nəfər saxlanılıb, 4 polis əməkdaşı yaralanıb. Bu barədə jurnalistlərə Almaniya paytaxtının hüquq-mühafizə orqanlarının nümayəndəsi məlumat verib.
“Nümayiş zamanı iştirakçılar dəfələrlə qadağan olunmuş şüarlar səsləndirərək, əməkdaşlarımıza və əməliyyat maşınlarına boya torbaları, butulkalar və yumurta atıblar”, – deyə polis bildirib.
Etiraz yerli vaxtla saat 16:00 radələrində (Moskva vaxtı ilə 17:00) turistlər arasında məşhur olan Fridrixstrassedəki keçmiş Çarli keçid məntəqəsində başlayıb. Orada 300-ə yaxın insan toplaşıb. Polisin məlumatına görə, onların sıralarından qadağan olunmuş “Çaydan dənizə Fələstin azad olacaq” şüarı davamlı olaraq eşidilib. Təşkilatçılar iştirakçılara təsir edə bilmədiklərindən polis aksiyanı saat 17:40-da (Moskva vaxtı ilə 18:40) dayandırmaq qərarına gəlib. Lakin çoxları polisin çağırışına əməl etməyib və yerində qalıb. Bəziləri yerdə oturub getmək istəmədilər.
Polis əlavə qüvvələr çağırıb və hazırda küçəni etirazçılardan təmizləmək üçün tədbirlər görməyə davam edir.