Bern 2025-ci ilin fevral ayının sonuna qədər Ukrayna ilə danışıqlar mandatı hazırlayacaq ki, bu da İsveçrə şirkətlərinin Ukraynanın yenidən qurulmasında iştirakı haqqında sazişin bağlanması üçün əsas olacaq. Bu barədə İsveçrə hökuməti – Federal Şura məlumat yayıb.
Hökumət İqtisadiyyat Nazirliyinə “2025-ci ilin fevral ayının sonuna qədər Ukraynanın yenidən qurulmasında İsveçrənin özəl sektorunun iştirakı ilə bağlı saziş bağlamaq məqsədi ilə Ukrayna ilə danışıqlar mandatı hazırlamağı” tapşırıb. Bern xatırladıb ki, 2024-cü ilin iyununda Federal Şura “Növbəti dörd il ərzində İsveçrənin özəl sektorunu Ukraynanın yenidən qurulmasına cəlb etmək üçün 500 milyon frank (təxminən 565 milyon dollar) paket ayırmaq niyyətini açıqlayıb”. “Bu məbləğ, əsasən, İsveçrə şirkətləri tərəfindən təqdim olunan məhsul və xidmətlərin alınması üçün Ukraynaya maliyyə yardımı göstərmək üçün istifadə edilməlidir”, – hökumət izah edib.
“Hazırda Ukraynada təmsil olunmayan İsveçrə şirkətləri ilə sistematik və davamlı əməkdaşlığın qurulması yeni hüquqi baza tələb edir”, – deyə Bern vurğulayıb.” Kiyevlə hazırlanacaq bu sənəd “İsveçrəni tərəfdaşlıq əsasında dəstəkləmək üçün tədbirləri tənzimləmək üçün nəzərdə tutulub”. Hökumət xatırladıb ki, bundan əvvəl Ukrayna “Fransa ilə oxşar saziş bağlayıb”. (Tass)