Beyləqanda 5 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Beyləqan rayonunda 2020-ci il təvəllüdlü D.T. anasına aid olan dərmanları udub. Azyaşlı rayon xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma başlanıb.