Amnesty International insan haqları təşkilatı İsrailin Qəzza zolağı və Livanda ağ fosforlu sursatlardan istifadə etdiyini təsdiqləyib.
Amnesty İnternational-ın böhran üzrə baş məsləhətçisi Donatella Rovera britaniyalılara müsahibəsində “Biz Qəzza və Livan üzərində ağ fosforlu artilleriya mərmilərinin partladığını göstərən videoları təsdiqləmişik. Livanın cənubunda doqquz qurbanı müalicə edən həkimlərlə danışdıq. Sübutlar təkzib edilmızdir deyib. O, qeyd edib ki, İsrail, eləcə də Fələstinin radikal HƏMAS hərəkatı hərbi əməliyyatlar zamanı beynəlxalq hüquqa əməl etmir.
Rovera bildirib ki, İsrail ordusu “minlərlə uşağın ölümünə səbəb olan ayrı-seçkilik və qeyri-mütənasib bombardmanlar həyata keçirib”. Baş qərargahı Londonda yerləşən təşkilatın sözçüsü “Beynəlxalq ictimaiyyətin bu miqyasda fəlakət və humanitar böhran qarşısında hərəkətsizliyini görmək heyrətamizdir” deyib. O, əlavə edib ki, bu, “son illərin ən gərgin və ölümcül münaqişələrindən” biridir. (Tass)