Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi (İAC2023) çərçivəsində “Azərkosmos”un sərgi pavilyonunda stendlərin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger və Azərbaycan Kosmik Agentliyinin – “Azərkosmos”un İdarə heyətinin sədri Saməddin Əsədov mükafatları təqdim ediblər.
K.Faytinger sərginin yüksək səviyyədə təşkil olunduğunu və pavilyonda bütün stendlərin aktiv iştirakını qeyd edərək, tədbiri peşəkar səviyyədə keçirdiyi üçün Azərbaycana təşəkkürünü bildirib.
Saməddin Əsədov bütün tədbir iştirakçılarına və sponsorlara təşəkkürünü ifadə edib. Bildirib ki, 2026-cı ildə Beynəlxalq Astronavtika Konqresi Türkiyənin Antalya şəhərində keçiriləcək.
Səudiyyə Ərəbistanı, İtaliya Kosmik Agentliyi (ən innovativ stend), Çin Astronavtlar Assosiasiyası, “Airbus” şirkətinin nümayəndələri (ən kreativ), Yaponiyanın JAXA Kosmik Agentliyi, Polşa Kosmik Agentliyi (ən fəal), Milanın “Plan-S” şirkəti və Türkiyə Kosmik Agentliyinin (ən işgüzar) stendləri mükafatlandırılıblar.